AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.02.2010 11:15

Yeniyetmələrin Respublika birinciliyinə təsnifat yarışları - 7 saylı nümayəndəlik

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
3-4 fevralda Gəncə Olimpiya İdman Kompleksində yeniyetmə sərbəst və yunan-Roma güləşçilərinin (1993-95) region birinciliyi keçirilib. AGF-in 7 saylı nümayəndəliyi üzrə təşkil edilən təsnifat yarışında Gəncə, Göygöl, Şəmkir, Qazax, Goranboy, Ağstafa, Samux, Tovuz və Gədəbəy, Naftalan və Daşkəsəndən ümumilikdə 291 idmançı iştirak edib ki, bu da digər nümayəndəliklərlə müqayisədə rekord say olub. Hər halda, adı çəkilən məqamı öncədən nəzərə alan federasiya rəhbərliyi bu regiona hər çəkidə final mərhələdə mübarizəyə 6 yer ayırıb.

Turnirin ilk günündə açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Gəncə şəhər gənclər və idman idarəsinin rəis müavini Mahir Hüseynov, 7 saylı nümayəndəliyin Gəncə şöbəsinin rəhbəri Bəhman Ələkbərov və AGF-in vitse-prezidenti Cavanşir Qurbanov sözü gedən bölgədə böyük güləş məktəbinin olduğunu, Gəncə pəhləvanlarının milli komandalarda daim aparıcı yer tutduqlarını vurğuladılar, bu ənənənin bundan sonrada davam edəcəyinə inandıqlarını bildirdilər.

Nəticələrə gəlincə, 1-ci gündə rəqabətə adəti üzrə sərbəst güləşçilər (194), növbəti gündə yunan-Roma güləşçiləri (97) qoşulublar. Gərgin mübarizələrdə fəxri kürsüyə aşağıdakı pəhləvanlar yüksəliblər.

Sərbəst güləş

42 kq: 1. Ruslan Qasımov, 2. Elçin Vəliyev, 3. Kamran Qurbanov (hər üçü - Gəncə), Rəfael Pənahlı (Şəmkir);
46 kq:
1. Kənan Məmmədov (Gəncə), 2. Amil Zeynalov (Qazax), 3. Nicat Zeynalov, Qurbanəli Sayadov (hər ikisi - Gəncə);
50 kq: 1. Asif Əliyev (Gəncə), 2. Sübhan Mehdiyev, 3. Əmrah İlyaslı (hər ikisi - Qazax), Kərəm Zeynalov (Şəmkir);
54 kq:
1. Meydan Qasımov (Qazax), 2. Maqsud Quliyev, 3. Röyal Məmmədov, Elvin Məmmədov (hər üçü - Gəncə);
58 kq:
1. Fuad Məmmədov (Gəncə), 2. Orxan Məmmədov (Şəmkir), 3. Ənvər Abdullayev (Gədəbəy), Məhəmməd Məmmədov (Gəncə);
63 kq:
1. Elçin Məmmədov (Şəmkir), 2. Mürsəl Məlikov (Gəncə), 3. Kənan Əliyev (Qazax), Seymur İsayevə (Ağstafa);
69 kq:
1. Eldar Məmmədov (Şəmkir), 2. Elmir Şirinov (Gəncə), 3. İlkin Zakirli, Məhəmməd Əlizadə (hər ikisi - Şəmkir);
76 kq:
1. Qənbər Nağıyev (Şəmkir), 2. Kamil İsmayılov (Gəncə), 3. Eşqin Mustafayev (Şəmkir), Hüseyn Hüseynzadə (Şəmkir);
85 kq:
1. Rəhman Hüseynov (Qazax), 2. İsrafil Məlikov, 3. Kamran Cəfərov (hər ikisi - Gəncə), Vüsal Şərifov (Qazax);
100 kq:
1. Orxan Yaqubzadə, 2. Sahib Əkbərli (hər ikisi- Şəmkir), 3. Taleh İsmayılov (Gəncə), Semral Bəhrəmov (Qazax).

Yunan-Roma güləşi

42 kq: 1. Aqil Ələsgərov (Goranboy), 2. Seymur Bağırov (Daşkəsən), 3. Ramin Məmmədov
46 kq:
1. Yadigar Mövlayev (Goranboy), 2. İzzət Süleymanov (Gəncə), 3. Kamil Bayramov (Daşkəsən), Elşən Məmmədov (Şəmkir);
50 kq:
1. Mehman Məmmədov (Goranboy), 2. Babaxan Hatəmi (Gəncə), 3. Ruslan Məmmədov (Şəmkir), Sübhan Quliyev (Gəncə);
54 kq:
1. Niyazi Alıyev, 2. Sultan Soltanov (Goranboy), 3. Namiq Hüseynov, Mirqasım Rəhimov (Gəncə);
58 kq:
1. Şəhriyar Mahmudov (Gəncə), 2. Türkan Əlizadə, 3. Qeyrət Əsədzadə (Qazax), Zakir Çərkəzli (Gəncə);
63 kq:
1. Nəbi Nəbili, 2. Rafiq Hüseynzadə (Qazax), 3. Valeh Hüseynov (Şəmkir), Eşqin Məhərrəmov (Gəncə);
69 kq:
1. Fərahim Çərkəzli, 2. Kənan Əliyev (Gəncə), 3. İdris Gözəlov (Şəmkir), Sənan Rüstəmov (Gəncə);
76 kq:
1. Ayxan Hüseynov (Gəncə), 2. Musa Hümbətov, 3. İlkin Zakirli, Bəhruz Əmiraslanov (Şəmkir);
85 kq:
1. Elvin Nəsibov, 2. Kamran Cəfərov, 3. Surət Abışov (Gəncə), Xaləddin Alıyev (Qazax);
100 kq:
1. Tanrıverdi Tanrıverdiyev (Qazax), 2. Şamil İsmayılov (Gəncə), 3. Məmməd Məmmədov (Şəmkir)

Oxu 3152 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW