AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
21.07.2014 15:55

Qadın güləşçilər "Qızıl Qran Pri" beynəlxalq turnirinə Kiyevdə hazırlaşır

Materialı qiymətləndirin
(4 səs)
25-27 iyul 2014-cü il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Yarışda iştirak edəcək güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir.

Qadın güləşi üzrə yığma komandamız iyulun 9-dan etibarən Ukraynanın paytaxtı Kiyevdə yerləşən "Konça Zaspa" təlim-məşq bazasında həmin ölkə komandası ilə birgə təlim-məşq toplanışına başlayıb.

Yığma komandanın baş məşqçisi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında təlim-məşq toplanışına 7 güləşçi cəlb olunub.

Mariya Stadnik (48 kq), Patimat Baqomedova, Anjela Doroqan (hər ikisi 53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Gözəl Zutova və Nadya Sementsovanın (hər ikisi 69 kq) iştirak etdiyi təlim-məşq toplanışı iyulun 24-dək davam edəcək.


Oxu 3422 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW