AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.05.2015 10:15

Güləş məşqçiləri və hakimlərinin Ümumrespublika Seminarı keçiriləcək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Mayın 19-dan 21-dək "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək. 

Çempionatdan öncə isə, Azərbaycanın bütün regionlarından məşqçi və hakimlərin iştirak edəcəyi Ümumrespublika seminarının keçirilməsi nəzərdə tutulub. Seminarın keçirilməsində əsas məqsəd, bir güləşçinin hazırlığı üçün vacib olan məqamları A-dan Z-yə məşqçilərlə və hakimlərlə müzakirə etmək, yeni qaydalar barədə məlumat paylaşmaq, idmançıların hazırlığında beynəlxalq təcrübədən yararlanmağın yolları barədə fikir mübadiləsi aparmaqdır. 
seminarda nümayəndəliklərin, klub və cəmiyyətlərin məşqçi-müəllimləri ilə yanaşı, yarışları idarə edən hakimlər də iştirak edəcək. 

Seminarda AGF baş katibi Əjdər Cəfərov güləş idmanına yeni başlayan uşaqların sənədlərinin düzgün tərtib olunma qaydası və idmançıların nizam-intizam qaydaları, Hakimlər Kollegiyasının sədri Bəhmən Talebi isə, güləş qaydaları və dəyişikliklər, eyni zamanda idmançılar və hakimlərin bu dəyişikiliklərə adaptasiyası barədə məruzə edəcək.

Seminara Türkiyədən güləş mütəxəssisi Ramazan Savranbaşı da dəvət edilib. Türkiyəli qonaq Avropa və Dünya çempionatlarında yeniyetmə və gənclərin nailiyyətləri ilə onların böyüklər yaş qrupundakı nailiyyətlərinin statistik təhlili və müxtəlif yaş qruplarında güləş idman növünün tədrisi və məşq planlaması mövzusunda çıxış edəcək. Fotoşəkillər və video görüntülərdən hazırlanmış slaydlar üzərində fikir mübadiləsi aparılacaq. 

Məşqçi və Hakimlərin Ümumrespublika Seminarı "Sərhədçi" İdman Olimpiya Mərkəzinin konfrans salonunda keçiriləcək mayın 18-də saat 10:00-da başlayacaq.

Bütün KİV nümayəndələri dəvətlidir. 


Oxu 2414 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW