AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.05.2015 17:12

Rəsul Çunayev və Rafiq Hüseynov öz çəkilərində liderdir / REYTİNQ

Materialı qiymətləndirin
(2 səs)
Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il aprel ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Yunan-Roma güləşi üzrə reytinq siyahısına 8 güləşçimizin adı daxil edilib.

Rəsul Çunayev (71 kq) və Rafiq Hüseynov (80 kq) növbəti dəfə birinciliklərini qoruyub. Həsən Əliyev (66 kq), Saman Təhmasibi (85 kq), İslam Abbasov (85 kq) və Elvin Mürsəliyevin (75 kq) də mövqeyində dəyişiklik baş verməyib. Saman Təhmasibi 2-ci, Həsən və Elvin müvafiq olaraq siyahıda 5-ci yerdədir. İslam Abbasov (85 kq) 6-cı sırada qərarlaşıb.  Ötən ay keçirilən Vehbi Emrenin xatirə turnirində çempionluq sevinci yaşayan Elman Muxtarov (59 kq) reytinq siyahısına 15-ci yerdən daxil olub. 

59 kq
15. Elman Muxtarov - Vehbi Emre turniri 1-ci yer (nr)
18. Taleh Məmmədov - Təxti Kuboku turniri 1-ci yer (14)

66 kq
5. Həsən Əliyev - DÇ 5-ci yer (5)

71 kq
1. Rəsul Çunayev - Dünya Kuboku 1-ci yer (1)

75 kq
5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)

80 kq 
1. Rafiq Hüseynov - Dünya Kuboku 1-ci yer (1)

85 kq
2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)
6. İslam Abbasov - U-23 AÇ 3-cü yer (6)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


Oxu 369 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW