AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.10.2014 17:06

3 qat Olimpiya çempionu: “Azərbaycan xalqına qibtə edirəm” / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Sərbəst güləş üzrə 3 qat Olimpiya, 6 qat Dünya və 6 qat Avropa çempionu Buvaysar Saytiyev Bakıda səfərdədir. Gənclər və İdman Nazirliyində keçirilən görüşdən sonra Rusiya idmanının canlı əfsanəsi media nümayəndələrinin suallarını cavablandırıb:

“Bakı çox gözəl şəhərdir. Paytaxtınızı nə qədər tərifləsəm, az olar. Ümumiyyətlə, ölkənizin sürətlə inkişafı göz qabağındadır. Vaxtilə ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasət, hal-hazırda oğlu, ölkənizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, xalqı sevir. Ölkənizə bu cür nüfuzlu yarışları həvalə edirlərsə, bilirlər ki, burada hər cür şərait yaradılıb. Düzü, bu mənada sizin xalqınıza qibtə edirəm. Mən özüm Krasnoyarskda yaşayıram. Rusiyadan ölkənizin sürətli inkişafını böyük maraqla izləyirik.

Birinci Avropa Oyunları ilə bağlı ölkənizə dəvət olunduğum üçün qürur hissi keçirirəm. Hiss olunur ki, yarışlara səylə, böyük həvəslə hazırlaşırsınız. Mən də öz təcrübəmi bölüşməyə hazıram. Ümid edirəm və inanıram ki, Bakı birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. Yarışların idmana, xüsusən də mənə daha yaxın olan güləşə marağın daha da artmasına şərait yaradacağını düşünürəm”.



Oxu 469 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2