AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
  • Azerbaijani
  • Русский
  • English (UK)
13.08.2014 10:25

Güləşçilərimiz 2014-cü ilin son mötəbər yarışına hazırlaşır / TMT

  • Çap
  • Email
Materialı qiymətləndirin
(5 səs)
8-14 sentyabr 2014-cü il tarixdə Özbəkistan Respublikasının Daşkənd şəhərində güləş üzrə böyüklər arasında Dünya çempionatı keçiriləcək. Çempionatda iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə ölkə yığma komandaları hazırlıqlarını davam etdirir.

Qadın güləşi üzrə yığma komandanın üzvləri iyulun 31-dən böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında Ukraynanın Zaroslyak şəhərində bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışındadır. Təlim-məşq toplanışı avqustun 17-dək davam edəcək.

Sərbəst güləşçilərimiz isə, Dünya çempionatına Belarusun paytaxtı Minsk şəhərində bu ölkənin yığma komandası ilə birgə hazırlaşır. Baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında keçirilən təlim-məşq toplanışında 16 idmançımız iştirak edir. Avqustun 5-dən başlayan təlim-məşq toplanışı avqustun 20-dək davam edəcək.

Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri də Dünya çempionatına ölkədən kənarda hazırlaşır. Avqustun 8-dən etibarən Türkiyənin İstanbul şəhərində Türkiyə və Belarus yığmaları ilə birgə keçirilən təlim-məşq toplanışında 14 güləşçimiz iştirak edir. Baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı avqustun 22-dək davam edəcək.


Oxu 1431 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW