AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
  • Azerbaijani
  • Русский
  • English (UK)
04.08.2014 10:08

Yeniyetmə sərbəst güləşçilər Olimpiadaya hazırlığı davam etdirir

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komanda Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.

25-27 avqust 2014-cü il tarixdə Çin Xalq Respublikasının Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlaşan sərbəst güləşçilərimiz son təlim-məşq toplanışına başlayıb. Avqustun 11-dək davam edəcək TMT-da böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında 6 güləşçi iştirak edir.

Məlumat üçün bildirək ki, yeniyetmələrin Olimpiya Oyunlarında sərbəst güləşi yarışlarında ölkəmizi Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq) təmsil edəcək.

Xatırladaq ki, yeniyetmə yunan-Roma güləşçilərimiz Olimpiya Oyunlarına Xaşmaz Olimpiya İdman Kompleksində hazırlaşır və yarışlarda ölkəmizi Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil edəcək.



Oxu 924 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW