AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
28.03.2014 14:32

Yığma komandaların mətbuat üçün açıq məşqi keçirilib / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(8 səs)
01-06 aprel 2014-cü il tarixdə Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.

Bu gün Olimpiya Güləş Mərkəzində Avropa çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların mətbuata açıq məşqi keçirilib.

Güləşçilərimizin Avropa çempionatına ciddi hazırlaşdıqlarını bildirən Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov komandamızın martın 30-da Finlandiyaya yola düşəcəyini diqqətə çatdırıb.

"Bir müddət əvvəl Beynəlxalq Güləş Federasiyası tərəfindən çəki dərəcələrində dəyişiklik edilib. Məşqçilər korpusu tərəfindən bu istiqamətdə zəruri addımlar atıldı və çəki dərəcələri üzrə mümkün problemlər aradan qaldırıldı. Finlandiyada keçiriləcək Avropa çempionatına tam heyətlə yola düşürük. Milli komandamızın hər bir üzvü mükafatçılar sırasında yer almaq iqtidarındadır. Ümid edirəm ki, komandamız maksimal nəticə göstərərək Azərbaycan xalqını sevindirəcək".

London Yay Olimpiya Oyunlarından sonra ilk yarışına çıxacağını diqqətə çatdıran Toğrul Əsgərov çempionata ciddi hazırlaşdığını bildirib. "Güclü rəqiblərim olacaq, ancaq çalışacağam ki, mənə bəslənilən ümidləri doğruldum".







Oxu 6845 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW