AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
27.03.2014 15:38

Saman Təhmasibi dünyanın ən yaxşı güləşçisi seçilib / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Beynəlxalq Güləş Federasiyası - FİLA tərəfindən 2013-cü ilin yekunlarına əsasən, ilin ən yaxşı güləşçilərinin adları açıqlanıb. 

Yığma komandamızın üzvü Saman Təhmasibi yunan-Roma güləşi üzrə 2013-cü ilin Ən yaxşı güləşçisi seçilib. 2013-cü ildə keçirilən Dünya çempionatında gümüş medal (10 xal), Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində qızıl medal (6 xal) və Avropa çempionatında 5-ci yer (2 xal) qazanan Saman Təhmasibi yunan-Roma güləşçiləri arasında ən yüksək reytinq xalı - 18 xal toplayaraq "İlin ən yaxşı güləşçisi" adına layiq görülüb. 

Məlumat üçün bildirək ki, FİLA il ərzində keçirilən mötəbər beynəlxalq yarışlarda (Olimpiya Oyunları, Dünya çempionatı, Qitə çempionatları, Qızıl Qran Pri turnirinin final mərhələsi) göstərdiyi nəticələrə görə idmançıları qiymətləndirir. 

Yarışın adı 1-ci yer   2-ci yer   3-cü yer   5-ci yer   7-ci yer   8-ci yer  
Olimpiya Oyunları 14 12 10 8 6 5
Dünya çempionatı 11 10 9 7 5 4
Qızıl Qran Pri turnirinin final mərhələsi 6 5 4 2 - -
Qitə çempionatları 6 5 4 2 - -



Oxu 4075 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW