AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
07.03.2014 10:36

Məşqçi-müəllimlər və hakimlərlə görüş keçirilib / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Martın 3-dən 7-dək "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclərin Azərbaycan çempionatı keçirilib.

Yarışlar zamanı Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov, Federasiyanın vitse-prezidentlərinin iştirakı ilə çempionata qatılan AGF nümayəndəliklərinin, ölkəmizdə fəaliyyət göstərən digər klub və cəmiyyətlərin məşqçi-müəllimləri, həmçinin yarışları idarə edən hakimlər üçün seminar xarakterli görüş təşkil olunub.

Görüşdə çıxış edən Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov Beynəlxalq Güləş Federasiyası tərəfindən təsdiq edilən yeni çəki dərəcələri və güləş qaydalarına edilən dəyişikliklər barədə məlumat verib, məşqçi-müəllimlərin hazırlıq prosesində bu dəyişiklikləri nəzərə almalarını, güləşçilərin fiziki hazırlıqla yanaşı, psixoloji hazırlıqlarına, həmçinin nizam-intizam qaydalarına diqqət yetirməyin vacibliyini bildirib.


Oxu 4523 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW