AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw vaz yt
10.02.2014 10:19

Qadın güləşçilərimiz birgə TMT-ya başlayır

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandanın 2014-cü il üçün nəzərdə tutulan təqvim planına əsasən, qarşıdan gələn beynəlxalq yarışlara və Avropa çempionatına hazırlıq məqsədilə Ukrayna yığması ilə birgə təlim-məşq toplanışı başlayıb.

Fevralın 10-dan başlayan təlim məşq toplanışında yığma komandanın əsas heyəti iştirak edəcək. Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında heyətdə 7 güləşçi yer alıb.

Kiyevdə keçiriləcək təlim-məşq toplanışına Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə (63 kq), Nadya Sementsova (69 kq) və Səbirə Əliyeva (75 kq)  cəlb olunub.

Birgə təlim-məşq toplanışı fevralın 26-dək davam edəcək.


Oxu 707 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2