AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.05.2018 10:25

Əli Əliyevin xatirə turnirindən 2 qızıl və 1 gümüş medal / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib.

Yığma komandamızın üzvləri turniri 2 qızıl və 1 gümüş medalla başa vurub. 

Hacımurad Hacıyev (70 kq), İbrahim Yusubov (79 kq) və Aslanbek Alborov (92 kq) finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə Hacımurad Hacıyev yerli idmançı Abdulqadji Maqomedovu gərgin keçən görüşdə üstələyib və qızıl medal qazanıb. Digər qızıl medalı yığmamıza finalda Özbəkistan idmançısı Rəşid Qurbanovu tam üstünlüklə məğlub edən İbrahim Yusubov qazandırıb. Yalnız final görüşündə məğlub olan Aslanbek Alborov isə gümüş medalla kifayətlənib. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev, Zaur Şərifov və Babək Allahverdiyev təmsil edib. 

 




Oxu 759 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW