AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.04.2017 13:59

Bolqarıstan turnirində ilk gün 1 qızıl və 3 bürünc medal / FOTO-VİDEO

Materialı qiymətləndirin
(9 səs)
Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçirilir.  Sayca 55-ci dəfə baş tutacaq turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandamızın üzvləri iştirak edir.

İlk yarış günündə 59, 71, 80, 96 kq-da yunan-Roma, 57, 65, 74, 97 kq-da sərbəst, 48, 55, 60, 69 kq çəkidə qadın güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl və 3 bürünc medalla başa vurub.

Yunan-Roma güləşi üzrə 71 kq-da mübarizə aparan Rəsul Çunayev ardıcıl olaraq Əlcəzair, Koreya, yarımfinalda Macarıstanlı son Dünya çempionu Balint Korpasini məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz rəqibi Qırğızıstan təmsilçisinə 1 dəqiqə ərzində tam üstünlüklə qalib gəlib və turnirin qızıl medalına sahib olub. Keçirdiyi bütün görüşləri tam üstünlüklə başa vuran Rəsul rəqiblərinə xal verməyib.

Taleh Məmmədov (59 kq) bürünc medal uğrunda görüşdə Qırğızıstandan olan rəqibini məğlub edib və fəxri kürsünün 3-cü pilləsində yer alıb.

Sərbəst güləşçilərimiz isə ilk yarış gününü 2 bürünc medalla başa vurub. Bürünc medalları yığmamıza 57 kq-da mübarizə aparan Mahir Əmiraslanov65 kq-da yarışan Məhəmməd Müslümov qazanıb.

Qadın güləşi yarışlarında mübarizə aparan Elis Manolova (69 kq) turniri 5-ci sırada tamamlayıb.


 




Oxu 6276 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW