AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.02.2016 21:17

Yaşar Doğunun xatirə turnirində ilk gün 1 gümüş və 3 bürünc medal / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnir keçirilir.

Turnirdə iştirak edən böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandanın üzvləri ilk yarış günündə 1 gümüş və 3 bürünc medal qazanıb.

İlk yarış günündə 57 və 70 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb.

70 kq çəki dərəcəsində mübarizə aparan Hacımurad Ömərov bütün rəqiblərini üstələyərək finala yüksəlib. Finalda Türkiyə təmsilçisinə uduzan güləşçimiz turnirin gümüş medalına yiyələnib. 

57 kq-da yığmamızı təmsil edən Mahir ƏmiraslanovGiorgi Edişeraşvili, həmçinin 70 kq-da təmsilçimiz Gitinomaqomed Hacıyev bürünc medal uğrunda görüşdə qalib gələrək fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Sabah 61, 74 və 125 kq, fevralın 7-də isə 65, 86 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulacaq.

Oxu 3203 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW