AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.01.2016 11:31

Yunan-Roma güləşçilərimiz İstanbulda yarışacaq

  • Çap
  • Email
Materialı qiymətləndirin
(7 səs)
30-31 yanvar 2016-cı il tarixdə İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş 34-cü beynəlxalq turnir keçiriləcək. Ahmet Cömert Spor Salonunda keçiriləcək turnirdə yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək. 

Turnirdə 11 pəhləvanımızın iştirakı gözlənilir. Məşqçilər korpusu qarşıdan gələn yarışlara hazırlıqları yoxlamaq məqsədilə bu dəfə Murad Bazarov, Kərim Cəfərov, Eldəniz Əzizli, Murad Məmmədov (hamısı 59 kq), İslambek Dadov, Rövşən Tağıyev (hər ikisi 66 kq), Emin Əhmədov (80 kq), Sultan İsmayılov (85 kq), Türmən Eyyubov, Orxan Nuriyev (hər ikisi 98 kq) və Oyan Nəzərianiyə (130 kq) şans verəcək. 

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.

Turnirin proqramına əsasən, yanvarın 30-da 59, 71, 80 və 98 kq, yanvarın 31-də isə 66, 75, 85 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. İlk görüşlər Bakı vaxtı ilə, hər gün saat 15.00-da, final görüşləri isə 19:00-da başlayacaq. 
 
Oxu 2989 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW