AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
16.01.2016 08:55

Güləşçilərimiz Təxti Kuboku turnirində 2 bürünc medal qazanıb

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
İran İslam Respublikasının paytaxtı Tehranda sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçirilib. Turnirdə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri mübarizə aparıb. Güləşçilərimiz turniri 2 bürünc medalla başa vurub. 

İlk yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimizdən Sakit Quliyev 59 kq çəki dərəcəsində fəxri kürsüdə yer alıb və turnirin bürünc medalına yiyələnib. 

İkinci yarış günündə mübarizəyə qoşulan sərbəst güləşçilərimizdən isə Mircəlal Həsənzadə (57 kq) bürünc medal qazanıb.

Turnirin görüşlərini idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edib. 


Oxu 3920 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW