AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
23.11.2015 10:21

"Day of children" turnirində yunan-Roma güləşçiləri 2-ci, sərbəstlər 3-cü oldu / FOTO

Materialı qiymətləndirin
(5 səs)
İran İslam Respublikasının paytaxtı Tehranda kiçik yaşlı yeniyetmələr arasında "Day of Children" beynəlxalq turniri keçirilib. Turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri mübarizə aparıb. 

Yunan-Roma güləşçilərimiz ikinci, sərbəst güləşçilərimiz isə üçüncü pillədə qərarlaşıb. 

Komanda yarışı olan turnirdə yunan-Roma güləşçilərimiz qrupda İran (6:4), Türkmənistan (10:0), Tacikistan (8:2) və Qırğızıstan (8:2) komandalarını məğlub edərək finala yüksəlib. Finalda İranın digər komandası ilə qarşılaşan yığmamız görüşü 5:5 hesablı bərabərliklə tamamlayıb. Texniki üstünlük rəqibdə olduğundan yığmamız turnirin gümüş medalına yiyələnib.

Sərbəst güləşçilərimiz isə İraq və Gürcüstan güləşçilərini 9:1 hesabı ilə məğlub edib, İran komandasına 4:6 uduzaraq qrupu ikinci sırada tamamlayıb. Bu nəticə ilə, yığmamız digər qrupun ikincisi olan daha bir İran komandası ilə bürünc medal uğrunda görüşə çıxıb. Hesab 5:5 bərabər olsa da, texniki üstün olan komandamız görüşü qalib başa vurub və turnirin bürünc medallarına yiyələnib. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov ölkəmizi təmsil edib.

Oxu 3074 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW