AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
06.07.2015 10:45

Coşqun Əzimov Əli Əliyev turnirində qızıl medal qazandı / VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(5 səs)
Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib. 

Turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri 1 qızıl medal qazanıb.

Qızıl medalı yığmamıza 65 kq çəki dərəcəsində mübarizə aparan gənc güləşçimiz Coşqun Əzimov qazandırıb. Bütün rəqiblərindən üstün olan Coşqun həlledici görüşdə Rusiya təmsilçisi Əlibəyhacı Əmiyevə də qalib gəlib və turnirin qızıl medalına sahib olub. 

Ruslan Qasımov (57 kq), Ağahüseyn Mustafayev, Qalib Əliyev (hər ikisi 61 kq) və Məhəmmədhacı Muxutov (74 kq) bürünc medal görüşündə uduzaraq turniri 5-ci sırada tamamlayıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.  

Oxu 3415 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW