AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
30.06.2015 13:06

Sərbəst güləşçilər Əli Əliyevin xatirə turnirində iştirak edəcək / HEYƏT

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
3-5 iyul 2015-ci il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək.

Turnirdə sərbəst güləş üzrə yığma komandamızın üzvləri iştirak edəcək.

Məşqçilər David Kurtsiya, Arif Abdullayev və Siracuddin Eldarovun rəhbərliyi altında böyüklərdən və gənclərdən ibarət yığma komandanın 21 üzvü turnirdə qüvvəsini sınayacaq. Turnirdə Ruslan Qasımov, Mircəlal Həsənzadə, Ruslan Surxayev, Pərviz İbrahimov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov, Qalib Əliyev, Cəlal Süleymanov, Ağahüseyn Mustafayev (hamısı 61 kq), Məhəmməd Müslümov, Coşqun Əzimov (hər ikisi 65 kq), Hacımurad Ömərov, Qitinomaqomed Hacıyev (hər ikisi 70 kq), Əşrəf Əliyev, Mircəfər Murtuzlu, Məhəmmədhacı Muxutov (hamısı 74 kq), Aleksandr Qostiyev, İbrahim Yusubov (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq), Əli İsayev, Əli Maqomedabirov və Aslan Dzebişovun (hamısı 125 kq) mübarizə aparacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək. 
Oxu 3499 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW