AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
12.02.2015 18:43

Təxti Kubokunda ilk gün 1 qızıl və 1 gümüş medal qazandıq

  • Çap
  • Email
Materialı qiymətləndirin
(7 səs)
İran İslam Respublikasının Kirmanşah şəhərində Təxti Kuboku uğrunda beynəlxalq turnir start götürüb. Turnirdə 16 ölkənin güləşçiləri mübarizə aparır.

Turnirin ilk günündə yunan-Roma güləşi üzrə 59 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Belə ki, Taleh Məmmədov və Orxan Əhmədov finala qədər bütün rəqiblərindən üstün olub. Finalda bir-birilə qarşılaşan güləşçilərimiz gərgin mübarizə aparıb. Hesab 2:2 olsa da, son xalı Taleh Məmmədov aldığından qələbə ona verilib. Taleh Məmmədov qızıl, Orxan Əhmədov gümüş medala layiq görülüb.

Beləliklə, ilk günün yekunlarına əsasən güləşçilərimizin hesabında 1 qızıl və 1 gümüş medal var. Turnir sabah da davam edəcək.


Oxu 3393 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW