AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
09.02.2015 11:33

Güləşçilərimizin Avropa Oyunları öncəsi növbəti sınağı - Təxti Kuboku

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Fevralın 12-13-də İran İslam Respublikasının Kirmanşah şəhərində güləş üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək. Turnirdə sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamızın üzvləri iştirak edəcək. 

Məşqçilər Rövşən Hacıyev və Siracuddin Eldarovun rəhbərliyi altında turnirə yollanacaq sərbəst güləş yığmamızın heyətində Pərviz İbrahimov, Etibar Hacıyev (hər ikisi 57 kq), Qalib Əliyev (61 kq), Coşqun Əzimov (65 kq), Kamran Yunusov (70 kq), Mircəfər Murtuzlu (74 kq), İbrahim Yusubov və Məhəmməd Abdulxaliqov (hər ikisi 86 kq) yer alıb. 

Yunan-Roma güləşçilərimiz turnirdə məşqçilər Əfsər Namazəliyev və Fuad Rəhmaninin rəhbərliyi altında iştirak edəcək. Heyətdə Taleh Məmmədov, Orxan Əhmədov, Murad Bazarov, Sakit Quliyev (hamısı 59 kq), Azad Əliyev, Rövşən Tağıyev (hər ikisi 66 kq), Fuad Əliyev (80 kq) və Türmən Eyyubov (98 kq) yer alıb. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev ölkəmizi təmsil edəcək. 

Turnirin proqramı:

12 fevral
Sərbəst - 57 kq, 61 kq, 97 kq, 125 kq
Yunan-Roma - 59 kq, 66 kq, 98 kq, 130 kq

13 fevral
Sərbəst -  65 kq, 70 kq, 74 kq, 86 kq
Yunan-Roma - 71 kq, 75 kq, 80 kq, 85 kq


Oxu 3462 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW