AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
09.10.2014 09:18

Sərbəst güləşçilər Ramzan Kadırovun Kuboku uğrunda yarışacaq

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
11-12 oktyabr 2014-cü il tarixdə Qroznıda Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Kuboku uğrunda sərbəst güləş üzrə VI beynəlxalq turnir keçiriləcək.

Məşqçilər David Kurtsiya və Nazim Əlicanovun rəhbərliyi altında turnirdə yığma komandanın 8 üzvü iştirak edəcək. Heyətdə Namiq Sevdimzadə (57 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov (hər ikisi 65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslan Dzebişov (125 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edəcək.

Turnirin proqramına əsasən, ilk gün 57, 65, 74 və 97 kq, ikinci gün isə 61, 70, 86 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.


Oxu 436 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2