AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
04.07.2014 09:44

Gənc yunan-Roma güləşçiləri Batumidə qüvvələrini sınayacaq

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
5-6 iyul 2014-cü il tarixdə Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.

Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamızın üzvləri turnirdə tam heyətlə iştirak edəcək. Məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında qonşu respublikaya Xəyyam Abdullayev (50 kq), Əli Məmmədov (55 kq), Mikayıl Rəhmanov (60 kq), Orxan Məmmədli (66 kq), Mehrac Kərimov (74 kq), Elton Vəzirzadə (84 kq), Zamir Məhəmmədov (96 kq) və Əli Həsənov (120 kq) yollanıb.

Turnirin ilk günündə 50, 60, 74 və 96 kq, ikinci günündə isə 55, 66, 84 və 120 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək.



Oxu 2904 dəfə
Tweet

Comments   

 
+1 #2 Hesen Kerimov 2014-07-05 12:39
salam . gulescilermizin videolari yayimlanacag?
Quote
 
 
+1 #1 Hesen Kerimov 2014-07-05 12:38
salam . gulewcilermizin videolari yayimlanacag ??
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW