AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
19.05.2014 09:47

"Çempionlar" turnirindən 3 qızıl, 2 gümüş və 4 bürünc medal / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Türkiyənin İzmir şəhərində gənclər arasında 17-ci "Çempionlar" beynəlxalq turniri keçirilib. Turnirdə gənc qızlar və yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri iştirak edib. Güləşçilərimiz turniri 3 qızıl, 2 gümüş və 4 bürünc medalla tamamlayıb.

Turnirinin ilk günündə mübarizəyə qoşulan güləşçilərimiz uğurlu çıxışı ilə yadda qalıb. Gənc qızların yarışında güləşçilərimiz 1 qızıl və 1 bürünc medala sahib olub. Qızıl medalı yığmamıza Raqnetta Qurbanzadə (67 kq), bürünc medalı isə Solmaz Həşimzadə (55 kq) qazandırıb.

Yunan-Roma güləşçilərinin mübarizəsində də yığmamız 1 qızıl və 1 bürünc medalla günü başa vurub. 66 kq çəkidə mübarizə aparan Ruhin Mikayılov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. 55 kq-da təmsilçimiz Ramiz Məmmədov isə bürünc medalla kifayətlənib.

Turnirin ikinci günündə gənc qızların yarışında güləşçilərimiz 2 gümüş və 1 bürünc medala sahib olub. Almaz İsmayılova (51 kq) və Elmira Qəmbərova (63 kq) yalnız final görüşünü uduzub və gümüş medala layiq görülüb. 72 kq-da mübarizə aparan Səbirə Əliyeva isə, bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə, komandamızın üzvləri 1 qızıl və 1 bürünc medal əldə edib. 84 kq-da mübarizə aparan İslam Abbasov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Ən ağır çəkili pəhləvanların mübarizəsində isə, Hacımurad Çöpsiyev (120 kq) bürünc medal qazanıb. 

Beləliklə, 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan gənc qızlarımız komanda hesabında Türkiyə və Qazaxstandan sonra üçüncü pillədə qərarlaşıb. Yunan-Roma güləşçilərimiz isə, turniri 2 qızıl və 2 bürünc medalla tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Xanmirzə Məlikəliyev təmsil edib.


Oxu 9039 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW