AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
01.05.2014 12:26

Cəbrayıl Həsənov "Night of Champions" turnirində iştirak edəcək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
7 may 2014-cü il tarixdə ABŞ-ın Nyu-York şəhərində sərbəst və qadın güləşi üzrə "Night of Champions" ("Çempionlar gecəsi") beynəlxalq yoldaşlıq görüşü keçiriləcək. Bu il beşinci dəfə təşkil olunacaq "Night of Champions" beynəlxalq yoldaşlıq görüşü dünyada güləş idman növünə olan marağın artırılması və güləş idman növünün populyarlaşması məqsədi daşıyır.

ABŞ və Dünya yığma komandaları (USA Stars vs World All-stars) arasında keçiriləcək yoldaşlıq görüşündə Azərbaycan güləşçisi də iştirak edəcək. Dünya yığmasının tərkibində ölkəmizi sərbəst güləş üzrə yığma komandamızın üzvü Cəbrayıl Həsənov təmsil edəcək.

Güləşçimizin çıxış edəcəyi 74 kq çəki dərəcəsində rəqibləri Kazan Universiadasının bürünc mükafatçısı (2013) David Taylor və London Yay Olimpiya Oyunlarının qalibi, ikiqat Dünya çempionu (2011, 2013) Jordan Borroughs ola bilər.

Xatırladaq ki, Cəbrayıl Həsənov Avropa çempionatının ikiqat çempionu (2010, 2011), iki dəfə gümüş mükafatçısı (2009, 2014), Kazan Universiadasının gümüş medalçısı (2013), Dünya çempionatının iki dəfə bürünc mükafatçısı (2010, 2011), Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin ikiqat qalibi (2010, 2011) və bürünc (2013) medalçısıdır.


Oxu 3902 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW