AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
28.04.2014 10:35

Yeniyetmələrimiz Tehrandan 1 gümüş və 5 bürünc medalla qayıdıb

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
İran İslam Respublikasının Tehran şəhərində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Day of Children" beynəlxalq turniri keçirilib. Turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 1 gümüş və 5 bürünc medala sahib olub.

Məşqçilər İslam Cəfərov və Vüqar Aslanovun rəhbərliyi altında Tehrana yollanan 10 güləşçimizdən 6-sı fəxri kürsüdə yer tapıb. Finala qədər maneəsiz irəliləyən Zülfüqar Əliyev (42 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza   Rəsul Əsgərov (46 kq), İsmayıl Həsənli (50 kq), İqbal Əliyev (76 kq), Xoçbar Xalayev (85 kq) və Kənan Rüstəmov (100 kq) qazandırıb.

Komanda hesabında güləşçilərimiz turniri İran yığmasından sonra ikinci sırada tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.


Oxu 3593 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW