AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
02.03.2014 22:47

Klippanda keçirilən turnirdən 2 qızıl medal / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir başa çatıb. Qadın güləşi üzrə yığma komandamızın 4 üzvünün iştirak etdiyi turnirdə güləşçilərimiz 2 qızıl medal qazanıb.

Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında turnirdə ölkəmizi Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), Yuliya Ratkeviç (58 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edib.

48 kq-da mübarizə aparan Olimpiya mükafatçımız ardıcıl olaraq ABŞ, Norveç, Bolqarıstan güləşçilərini üstələyib. Yarımfinalda daha bir ABŞ təmsilçisini mübarizədən kənarlaşdıran Mariya Stadnikin finalda rəqibi daha bir ABŞ güləşçisi olub. Mariya Stadnik rəqibini böyük hesabla (11:0) məğlub edərək, turnirin qızıl medalını qazanıb. Yığmamızın kapitanı yarışların ən texnikalı güləşçisi kimi xüsusi kubokla da mükafatlandırılıb. Qeyd edək ki, 48 kq çəki dərəcəsində 31 güləşçi mübarizə aparıb.

60 kq çəki dərəcəsində Yuliya Ratkeviç ilk görüşündə ABŞ güləşçisi Batermanı üstələyib. Daha sonra Tunis və yarımfinalda  İsveçdən Matson üzərində qələbə güləşçimizi finala yüksəldib. Final görüşündə Yuliya kanadalı Fazzaridən də üstün olub və qızıl medala sahib olub. 

Patimat Baqomedova (53 kq) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsə də, bu fürsəti dəyərləndirə bilməyib. 

Ən ağır çəkidə yarışan Səbirə Əliyeva (75 kq) isə zədələndiyindən mübarizəni davam etdirə bilməyib.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Natiq Hacıyev iştirak edib.



Oxu 5377 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW