AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
fb tw vaz yt
04.02.2014 10:55

Sərbəst güləşçilər "Təxti Kuboku" beynəlxalq turnirində iştirak edəcək

Materialı qiymətləndirin
(0 səs)
Fevralın 6-7-də Iran Islam Respublikasının paytaxtı Tehranda sərbəst güləş üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək.

Məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yarışa 7 pəhləvan yollanıb. Heyətdə Mircəlal Həsənzadə, Namiq Sevdimzadə (hər ikisi 57 kq), Ümüd Məmmədov (61 kq), Coşqun Əzimov (65 kq), Bəxtiyar İsrafilli (74 kq), Məhəmməd Abdulxaliqov (86 kq) və Roman Bəkirov (97 kq) yer alıb. 

Turnirin görüşlərini idarə edən hakimlər arasında ölkəmizi beynəlxalq dərəcəli referi Xanmirzə Məlikəliyev təmsil edəcək.


Oxu 406 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2