AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.01.2014 17:41

Müşviq İsayevin xatirəsinə beynəlxalq turnir keçiriləcək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(11 səs)
18 yanvar 2014-cü il tarixdə Bakıda Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında sayca 17-ci beynəlxalq turnir keçiriləcək. Turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və Özbəkistandan olan güləşçilər də mübarizə apacaq.

Turnirdə müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək. 

Yarış 18 yanvar 2014-cü il tarixdə “Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək. 


Oxu 3796 dəfə
Tweet

Comments   

 
-1 #2 elnur 2014-01-18 11:49
qoy guclu olan qazansin gulewcilere esq olsun
Quote
 
 
0 #1 ulker 2014-01-17 01:56
Yaxsidi
Mende. Gulesciyem
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW