AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
fb tw vaz yt
03.07.2013 23:55

AÇ-2013 ikinci gün: 1 qızıl və 2 bürünc medal / FOTO-VİDEO

  • Печать
  • Эл. почта
Оцените материал
(20 голосов)
Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. 

Çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcəsində gənc yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 qızıl və 2 bürünc medalla başa vurub.

55 kq
1/8 finaldan mübarizəyə başlayan Sakit Quliyevin rəqibi polşalı Przemislav Piatek olub. Rəqibinə heç bir şans verməyən (7:0) Sakit 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə güləşçimizin rəqibi Rusiya təmsilçisi Aram Akopyan olub. Tam üstünlüklə (5:0) qalib gələn Sakit Quliyev yarımfinala vəsiqə qazanıb. Final yolunda Sakit Türkiyəli Şerif Kılıçı (9:0) məğlub edib. Finalda rəqib Moldova güləşçisi Aleksandru Biciu üzərində də inamlı (8:0) qələbə qazanan Sakit Quliyev Avropa çempionu adına layiq görülüb.

66 kq
Ruhin Mikayılov da 1/8 final mərhələsindən mübarizəyə başlayıb. Bolqar idmançısı Rosian Dermanskini (11:2) məğlub edən güləşçimizin 1/4 finalda rəqibi gürcü Firuz Tsulukidze olub. 4:3 hesablı qələbə ilə Ruhin Mikayılov yarımfinala vəsiqə qazanıb. Bu dəfə rəqib Rusiya təmsilçisi Artyom Surkov üstün olub. Ruhin Mikayılov bürünc medal uğrunda güləşəcək. Həlledici görüşdə macar Mişel Daheri təmiz qələbə ilə (5:0) məğlub edən Ruhin Mikayılov Avropa çempionatının bürünc medalına sahib olub. 

84 kq
Orxan Nuriyev ilk görüşündə Makedoniya təmsilçisi Timur Hamikoyevlə qarşılaşıb. Gərgin keçən qarşılaşmadan Orxan (5:4) qalib ayrılıb. 1/4 finalda onun rəqibi Rumıniya təmsilçisi Dorian Parvan olub, ancaq növbəti mərhələyə keçə bilməyib. Rumın güləşçinin finala yüksəlməsi Orxan Nuriyevə bürünc medal qazanmaq şansı verib. Əvvəlcə təsəlliverici görüşdə erməni güləşçi Harutyun Mikayelyanı (4:0) üstələyən güləşçimiz bürünc medal görüşünə fransız güləşçi Samba Dionq ilə çıxıb. Görüşün yekununda qalib (5:4) Orxan Nuriyev olub və Avropa çempionatının bürünc medalına sahib olub. 

120 kq
Abbas Abdullayevin ilk rəqibi isə Almaniya güləşçisi Kristian Con olub. Tam üstünlüklə (7:0) qalib gələn güləşçimizin 1/4 finalda rəqibi rusiyalı Sergey Semyonov olub. Abbas Abdullayev görüşdən (6:2) məğlub ayrılıb.  Rəqib də növbəti mərhələdə uduzduğundan Abbas Abdullayev Avropa çempionatında mübarizəni medalsız başa vurub.

Xatırladaq ki, çempionatın ilk günündə yunan-Roma güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb.

Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz çempionatı uğurla başa vurub və komanda hesabında 52 xalla ikinci olub. Rusiyal 60 xalla birinci, Gürcüstan 51 xalla üçüncü yerdə qərarlaşıb.


Прочитано 3126 раз
Твитнуть

Добавить комментарий



Обновить

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2

Copyright by GavickPro 2011. All rights reserved.

Выберите стиль: Red Brown