ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
03.09.2018 15:16

Qadın güləşçilərimiz Belarusa yollanır

Оцените материал
(1 Голосовать)
Qadınlardan ibarət yığmamız sentyabrın 4-də Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışına başlayacaq.

10 gün davam edəcək hazırlıq prosesində baş məşqçi Aslan Ağayev və Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) iştirak edəcək.

Toplanış başa çatdıqdan sonra millimiz sentyabrın 14-16-da Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi İ-S kateqoriyalı hakim İntiqam Alıyev təmsil edəcək.
Прочитано 393 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW