ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
07.08.2018 17:01

Güləş yığmalarımızın məşqçilər korpusunda dəyişiklik edilib

  • Печать
  • Эл. почта
Оцените материал
(1 Голосовать)
Güləş üzrə ölkə yığma komandalarının məşqçilər korpusunda dəyişiklik edilib. 

Azərbaycan Güləş Federasiyası Prezidentinin səlahiyyətlərinin icraçısı, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin imzaladığı əmrə əsasən yunan-Roma güləşi üzrə yeniyetmələr və kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandaların məşqçilər korpusunda dəyişiklik edilib. 

Belə ki, yeniyetmələrin Avropa və Dünya çempionatında yığma komanda üzvlərinin imkanlarından aşağı səviyyədə iştiraklarına görə böyük məşqçi Bəhram Mürvətov, məşqçilər İslam Cəfərov və Fuad Əliyev tutduğu vəzifədən azad edilib. Əmrə əsasən, Taleh İsrafilov yığma komandanın böyük məşqçisi, Nazim Əhmədov və Rasim Ağayev isə məşqçi təyin edilib. 

Bundan başqa, kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Əfsər Namazəliyev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib, Əbülfət Məmmədov və İlham Vəzirov bu yaş qrupundan olan yığmaya məşqçi təyin edilib. 

Прочитано 369 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW