ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
27.03.2018 13:17

Güləş qaydalarında bəzi dəyişikliklər edilib

  • Печать
  • Эл. почта
Оцените материал
(1 Голосовать)
Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında güləş qaydalarına bəzi dəyişikliklər təsdiqlənib. Bu dəyişikliklər 2 aprel 2018-ci il tarixdən etibarən qüvvəyə minəcək.

Maddə 21. Yarış vaxtı döşək rəhbərinin çağırışı ilə hakimlərin məsləhətləşməsi zamanı video təkrara baxılmayacaq. Video təkrara yalnız məşqçi tərəfindən etiraz edilərkən (challenge) baxılacaq.

Maddə 47.

- Yunan-Roma güləşində passiv xəbərdarlığı vermək üçün gözlənilən vaxt müddəti (2 dəq. 30 san.) ləğv edilib, passivliyə görə parter tətbiq edilməsi isə hər hissədə 1 dəfə olmaq şərtilə məhdudlaşdırılıb.

- Neqativ güləş adlandırılan (negative wrestling) və qaydalara zidd hərəkətlərə görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.

Maddə 49. Güləşmədən qaçmağa (fleeing the hold) görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.

Maddə 50. Xalçadan qaçma (fleeing the mat) da güləşmədən qaçma kimi dəyərləndiriləcək, ancaq təhlükəli vəziyyətdə xalçadan qaçmağa görə hər iki güləş növü üzrə xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.

Maddə 52.

- Yunan-Roma güləşində hücum edən güləşçi ayaqdan istifadə edərsə əvvəlcə şifahi xəbərdarlıq ediləcək, ikinci dəfə isə xəbərdarlıq + rəqibə 1 xal verilməklə qiymətləndiriləcək.

- Yunan-Roma güləşində müdafiə olunan güləşçi ayaqdan istifadə edərsə əvvəlcə xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək, ikinci dəfə isə yarışdan kənarlaşdırılacaq və qələbə digər idmançıya veriləcək.

Maddə 53. Qəsdən kobud qayda pozuntusuna (brutality) yol verən güləşçi qırmızı kartla cəzalandırılacaq.

 
Прочитано 1499 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW