ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
 
Firdovsi Qəminalı oğlu Umudov


1977-ci ildə Qazax rayonunda anadan olub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
1993-2005-ci illərdə sərbəst güləş üzrə yığma komandanın üzvü olub. İdmançı kimi karyerası ərzində dəfələrlə Azərbaycan çempionu, gənclər arasında Avropa çempionatının (1995), tələbələr arasında dünya çempionatlarının mükafatçısı (1998), Dünya kubokunun qalibi (2004) olub.
2007-2008-ci illərdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi olub. 
2008-2016-cı illərdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi olub. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə, 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə Dünyanın ən yaxşı məşqçisi seçilib
2016-cı ildən sərbəst güləş üzrə yığma komandanın baş məşqçisidir. 
2018-ci ilin yanvarından Azərbaycan Güləş Federasiyasının I vitse-prezidentidir. 
Əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub.


Твитнуть
Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW