ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
19.10.2018 18:08

DÇ-2018: Cəbrayıl Həsənov gümüş medal qazandı / FOTO-VİDEO

  • Печать
  • Эл. почта
Оцените материал
(1 Голосовать)
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

İkinci yarış günündə 57, 65, 79 və 92 kq-da çıxış edən güləşçilər mübarizə aparır. Təmsilçilərimizdən ikisi ilk, ikisi isə ikinci mərhələdən mundiala start verib.
Georgi Edişeraşvili uğurlu start götürüb. Avropa çempionu gərgin keçən ilk görüşdə Şimali Koreya təmsilçisindən üstün olub. İkinci qarşılaşma ağır keçib. Son dəqiqədə 2 xallıq fəndi hesabına 1/4 finala yüksəlib. Edişeraşvili bu mərhələdə ötən dünya çempionatının finalçısına uduzub.
Hacı Əliyev mundialla erkən vidalaşıb. Bir ay əvvəl Belarusda dizindən zədələnən 3 qat dünya çempionumuz bunun acısını kubalı güləşçiylə görüşdə çəkib.
Mübarizəyə 1/8 finaldan qoşulan Cəbrayıl Həsənov çətinlik çəkmədən Puerto Riko idmançısına qalib gəlib. Yığmamızın kapitanı 1/4 finalda Belarus təmsilçisi üzərində də inamlı qələbə qazanaraq yarımfinala adlayan ilk güləşçimiz olub. Finalın br addımlığında Cəbrayıl əsl əzmkarlıq nümayiş etdirib. İranlı güləşçi 3:0 hesabıyla önə keçsə də, son yarım dəqiqədə möhtəşəm geridönüş edən həmyerlimiz karyerasında ilk dəfə finala yüksəldi.
Həsənov oktyabrın 22-də amerikalı Kayl Duqlas Deyklə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş rəqibin qələbəsiylə başa çatıb. Beləliklə, Cəbrayıl DÇ-də gümüş medala sahib çıxıb.
Şərif Şərifov 1/8 finalda iranlı rəqibiylə bacarmayıb.

57 kq
1/4 final - Georgi Edişeraşvili - Tomas Gilman (USA) 0:4
1/8 final - Georgi Edişeraşvili - Sandip Tomar (İND) *2:2
Təsnifat - Georgi Edişeraşvili - Kumsonq Kanq (PRK) 11:6


65 kq
Təsnifat - Hacı Əliyev - Alexandro Valdes Tobyer (CUB) 0:2

79 kq
FİNAL - Cəbrayıl Həsənov - Kayl Duqlas Deyk (USA) 0:2
1/2 final - Cəbrayıl Həsənov - İzzətullah Abbas Əkbərizarinkolayi (İRİ) *3:3
1/4 final - Cəbrayıl Həsənov - Əli Şabanov (BLR) 6:2
1/8 final - Cəbrayıl Həsənov - Ethan Adrian Ramos (PUR) 14:5


92 kq
1/8 final - Şərif Şərifov - Əlirza Məhəmməd Kərimimaçiani (İRİ) 0:7










Прочитано 7849 раз
Твитнуть

Комментарии   

 
0 #2 Farid M. 21.10.2018 15:27
Поддерживаю предыдущий комментарий! Чем так сайтом управлять - лучше вообще не управлять! Якобы написали про выступающих сегодня борцов.. Да вот половину неправильно написали, половину вообще забыли. Где информация про нашего борца в 74 кг. - Абакарова? (да, он ужасно выступил, как и многие наши борцы. Проиграл вчистую. Но, видимо, как борцы выступают - так и сайт работает)
Цитировать
 
 
+1 #1 bomj77 19.10.2018 22:55
:lol: BUNLARI BURA YAZAN YAQIN YUXUDA GORUBE BU GORUSHDARI ))
MURAD SULEYMANOV DAUREN KURUQALLIYEV
CEMODA SAIDAUDU NADI ONNAN GULASHIR. UMUMIYYATLA SAYT BERBAD VAZZIYYATDADI. AYIBDI!
milli idman da sorasin demiram. indiki ushaqlarinki ancaq kompdu. ordada sizin sahifanizi gorsa qacarlar!
Цитировать
 
Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW