ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
20.09.2018 14:57

GDÇ-2018: Tatyana Varantsova təsəlliverici görüşdə uduzdu

Оцените материал
(0 голосов)
Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Dördüncü yarış günündə məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında qızlardan ibarət yığmamızın iki üzvü mübarizəyə qoşulub. Ceyla Nağızadə (65 kq) təsnifat mərhələsində italyan rəqibinə uduzub. Tatyana Varantsova startda Türkiyə təmsilçisinə qalib gəldikdən sonra Özbəkistan idmançısı ilə qarşılaşıb. Son 10 saniyəyədək 8:4 hesabıyla öndə olan Varantsova ani diqqətsizlikdən rəqibinə 4 xal "bağışlayıb". Sonuncu xal prinsipi Tatyananın məğlubiyyəti ilə nəticələnib. Rəqibi finala çıxdığından yığmamızın üzvü təsəlliverici görüşə çıxıb və Minqolustan təmsilçisinə uduzub.

53 kq 
Təsəlliverici görüş - Tatyana Varantsova - Enxtsetseq Batbaatar (MGL) 6:14
1/4 final - Tatyana Varantsova - Aktenge Keunimyayeva (UZB) 8:8*
Təsnifat - Tatyana Varantsova - Zeynep Yetgil (TUR) 8:5

65 kq
Təsnifat - Ceyla Nağızadə - Yelena Esposito (İTA) 0:4

Yarışı aşağıdakı linkdən izləmək mümkündür:

https://unitedworldwrestling.org/event/world-championships-31?tab=results
Прочитано 475 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW