ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
18.09.2018 12:07

GDÇ-2018: Elşad Məmmədov 1/4 finalda dayandı

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)
Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
İkinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri qüvvələrini sınayırlar. Bu gün daha iki yığma üzvü mübarizəyə qoşulub. Bu yaxınlarda zədələnən Avropa çempionu Ülvü Qənizadə (72 kq) mundialla erkən vidalaşıb. Elşad Məmmədov (60 kq) startda vaxtından əvvəl əlcəzairli güləşçiyə qalib gəldikdən sonra Özbəkistan təmsilçisi ilə ağır görüş keçirib. Hesabda 0:5 geri düşən Məmmədov əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Ancaq Elşad bu mərhələdə Rumıniyadan olan həmkarıyla bacarmayıb.

60 kq
1/4 final - Razvan Arnaut (ROU) - Elşad Məmmədov 5:0
1/8 final - Turabek Tirkaşev (UZB) - Elşad Məmmədov 5:6
Təsnifat - Murtada Naanaa (ALG) - Elşad Məmmədov 0:9


72 kq
Təsnifat - Maqomed Yarbilov (RUS) - Ülvü Qənizadə 4:0
Прочитано 684 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW