ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
21.05.2018 13:03

Hərbçilərin Dünya çempionatından 2 qızıl, 3 gümüş və 6 bürünc medal / FOTO

Оцените материал
(1 Голосовать)
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatı keçirilib. Çempionatda iştirak edən yığma komandamızın üzvləri 2 qızıl, 3 gümüş, 6 bürünc medal qazanıb.

Qızıl medalları yığmamıza qadın güləşi üzrə 65 kq-da mübarizə aparan Ceyla Nağızadə və yunan-Roma güləşi üzrə 77 kq-da yarışan Həsən Əliyev qazandırıb.

Sərbəst güləş üzrə yığmamızın üzvü Kənan Əliyev, yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Ülvi Qənizadə (72 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib.

Bürünc medalları isə yığmamıza qadın güləşçilərimizdən Sona Tumarxanova (50 kq), sərbəst güləşçilərdən Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (74 kq) və Roman Bəkirov (97 kq), yunan-Romaçılardan isə Rafiq Hüseynov (82 kq) və İslam Abbasov (87 kq) qazandırıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev təmsil edib.



Прочитано 983 раз
Твитнуть
Другие материалы в этой категории: « Güləşçilərimiz Dünya çempionatını 5 bürünc medalla tamamlayıb / FOTO-VİDEO

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW