ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
24.03.2018 12:49

Mariya Stadnik qızıl, Elman Muxtarov bürünc medal qazandı / FOTO-VİDEO

  • Печать
  • Эл. почта
Оцените материал
(4 голосов)
Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçirilib

İlk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) qızıl, qadın güləşçilərimizdən Elis Manolova (65 kq) bürünc medal qazanıb.

Son gün isə yunan-Roma güləşçimiz Elman Muxtarov (67 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) mübarizəyə qoşulub.

Bütün rəqiblərini tam üstünlüklə məğlub edən Mariya Stadnik turnirin finalına yüksəlib. Həlledici görüşdə Rusiya təmsilçisinə qalib gələn güləşçimiz turnirin baş mükafatını qazanıb. 

İlk görüşündə məğlub olsa da rəqibin finala yüksəlməsilə bürünc medal şansı qazanan Elman Muxtarov bu şansdan maksimum yararlanıb. Əvvəlcə Yaponiya, ardınca isə Türkiyə idmançısına qalib gələn güləşçimiz turnirin bürünc mesalını qazanıb. 

Beləliklə, məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 2 güləşçi ilə Bolqarıstana yollanan yunan-Roma yığmamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub. Eyni sayda güləşçi ilə təmsil olunduğumuz qadın güləşi yarışlarında da yığmamız 1 qızıl və 1 bürünc medala sahib olub. 

Yunan-Roma güləşi
67 kq
Bürünc medal görüşü - Elman Muxtarov - Volkan Çakıl (TUR) 8:4
Təsəlliverici görüş - Elman Muxtarov - Şimoyamada Tsuçika (JPN) 8:0
1/8 final - Murat Fırat (TUR) - Elman Muxtarov 8:0

Qadın güləşi
50 kq
FİNAL - Mariya Stadnik - Milana Dadaşova (RUS) 14:4
1/2 final - Mariya Stadnik - Nadejda Sokolova (RUS) 14:4
1/4 final - Agata Walerzak (POL) - Mariya Stadnik 0:10 (52 san.)
1/8 final - Mariya Stadnik - Tabatha Grunewald (FRA) 11:0 (87 san.)

     

  



Прочитано 4123 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW