ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
04.03.2018 11:17

Güləşçilərimiz Yakutiyadan 1 gümüş və 1 bürünc medalla qayıdır / FOTO

  • Печать
  • Эл. почта
Оцените материал
(1 Голосовать)
Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 6-cı beynəlxalq turnir keçirilib. 

Turnirdə məşqçi Nazim Əlicanovun rəhbərliyi altında gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayıb. Güləşçilərimiz turniri 1 gümüş və 1 bürünc medalla başa vurub.

Finala qədər bütün rəqiblərindən üstün olan Hacımurad Hacıyev (65 kq) həlledici görüşdə Monqolsutan təmsilçisinə uduzub və turnirin gümüş medalına yiyələnib.

Bürünc medalı isə yığmamıza Rəşad Yusifli (79 kq) qazandırıb. Həlledici görüşdə güləşçimiz Yunanıstan təmsilçisindən üstün olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.
Прочитано 548 раз
Твитнуть
Другие материалы в этой категории: « Güləşçilərimiz Mazandaranda 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb / FOTO

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW