ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
31.05.2018 10:43

23 yaşadək güləşçilərin Avropa çempionatı başlayır / HEYƏT

  • Печать
  • Эл. почта
Оцените материал
(1 Голосовать)
4-10 iyun 2018-ci il tarixdə Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. Çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaq. 

Çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaq. Yığma komandanın baş məşqçisi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Zaur Əliyev (55 kq), Murad Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Eltun Vəzirzadə (82 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyev (97 kq) çempionatda ölkəmizi təmsil edəcək. 

Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 3 qadın güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq)  və Səbirə Əliyeva (76 kq) təmsil edəcək. 

Avropa çempionatının son iki günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Yığma komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında çempionata Əfqan Xaşalov (57 kq), Elçin Vəliyev (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Pənah İlyaslı (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) yollanacaq. 

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.


Прочитано 1985 раз
Твитнуть
Другие материалы в этой категории: « YAÇ-2018: son gündə 1 gümüş və 2 bürünc medal / VİDEO

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW