ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
15.03.2018 13:22

Yeniyetmə güləşçilər Avropa çempionatına Xaçmaz və Astarada hazırlaşır

  • Печать
  • Эл. почта
Оцените материал
(2 голосов)
23-29 aprel 2018-ci il tarixdə Ukraynanın paytaxtı Kiyev şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı keçiriləcək.

Çempionata yüksək səviyyədə hazırlıq keçmək məqsədilə sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandaların üzvləri Xaçmaz Olimpiya İdman Kompleksində toplanışdadır. Martın 11-dən 24-dək keçirilən təlim-məşq toplanışında ümumilikdə 42 idmançı iştirak edir. 

Yeniyetmə, gənc və böyüklərdən ibarət qadın güləşi üzrə yığma komandaların üzvləri isə təlim-məşq toplanışlarını Astara Olimpiya İdman Kompleksində davam etdirir. Toplanışda yığma komandanın 17 üzvü ilə yanaşı, Özbəkistan yığma komandasının 9 üzvü də iştirak edir. Martın 12-dən başlayan təlim-məşq toplanışı ayın 25-dək davam edəcək. 

Məlumat üçün bildirək ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziyalar da Avropa çempionatında qazanılacaq. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.


Прочитано 2280 раз
Твитнуть

Добавить комментарий


Защитный код
Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW