ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
26.10.2018 10:09

DÇ-2018: İslam Abbasov 5-ci oldu / FOTO-VİDEO

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
Yarışın 7-ci günündə daha üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Onlardan biri təsnifat, ikisi isə 1/16 final mərhələsindən mundiala start verib.
Avropa çempionatının gümüş medalçısı Murad Məmmədov qırğız güləşçiylə görüşdə 8:1 önə keçsə də, ikinci hissədə ani diqqətsizlik nəticəsində tuşe ilə uduzub.
İslam Həmrəyliyi Oyunlarının qalibi Kamran Məmmədov 1/16 finalda erməni güləşçiylə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən prinsipial görüşdə həmyerlimiz 2 xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. Kamran 1/8 finalda ukraynalı güləşçini də üstələyib. Ancaq Məmmədov 1/4 finalda ikiqat Avropa çempionu olan rusiyalı güləşçiylə bacarmayıb. Ancaq rəqib finala çıxdığından Kamran oktyabrın 27-də təsəlliverici görüşə çıxıb. Fransalı güləşçiylə qarşılaşmanın son dəqiqəsinədək 3:1 öndə olan Məmmədov hakimlərin mübahisəli qərarı nəticəsində mübarizəni dayandırıb və 7-ci yeri tutub. 
Gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov 1/16 finalda yamaykalı rəqibinə qalib gəlib. Həmyerlimiz növbəti mərhələdə yunan həmkarına heç bir şans tanımayıb. İslam 1/4 finalda ötən il 80 kq-da dünya və Avropa ikincisi olmuş Belarus təmsilçisiylə üz-üzə gəlib. Abbasov bu görüşdə də sevinən tərəf olub və adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Olimpiadanın gümüş medalçısı, dünya və ikiqat Avropa çempionuyla qarşılaşan İslam təcrübəli rəqibinə uduzub. Abbasov oktyabrın 27-də bürünc medal uğrunda erməni güləşçiylə qarşılaşıb və ona məğlub olaraq dünya 5-cisi olub.

60 kq
Təsnifat - Murad Məmmədov - Kali Süleymanov (KGZ) -:+ (tuşe)

67 kq
Təsəlliverici görüş - Kamran Məmmədov - Mamadassa Silla (FRA) 3:4
1/4 final - Kamran Məmmədov - Artyom Surkov (RUS) 1:5
1/8 final - Kamran Məmmədov - Denis Demyankov (UKR) 7:3
1/16 final - Kamran Məmmədov - Karen Aslanyan (ARM) *2:2

87 kq
Bürünc medal görüşü - İslam Abbasov - Artur Şahinyan (ARM) 1:6
1/2 final - İslam Abbasov - Jan Belenyuk (UKR) 1:5
1/4 final - İslam Abbasov- Radik Quliyev (BLR) 4:1
1/8 final - İslam Abbasov - Dimitrios Tsekeridis (GRE) 11:2
1/16 final - İslam Abbasov - Lesyan Kusin Otomu (JAM) 5:2





Прочитано 3706 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW