AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Hərbçilərin Dünya çempionatından 2 qızıl, 3 gümüş və 6 bürünc medal / FOTO
YAÇ-2018: son gündə 1 gümüş və 2 bürünc medal / VİDEO
YAÇ-2018: Nihad Quluzadə və Sərxan Məmmədov bürünc medal qazandı
YAÇ-2018: yeniyetmə qızlardan 1 gümüş medal və Olimpiadaya 1 lisenziya
YAÇ-2018: sərbəst güləşçilər 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdır / FOTO
YAÇ-2018: 1 qızıl, 2 gümüş və 1 bürünc medal, Olimpiadaya 1 lisenziya / FOTO-VİDEO
YAÇ-2018: Kənan Heybətov bürünc medal qazanıb
Yeniyetmələrin Avropa çempionatında iştirak edəcək yunan-Roma güləşçiləri
Yeniyetmə qızlar Avropa çempionatına yollandı / HEYƏT
Wednesday, 16 May 2018 21:23

YAÇ-2018: 1 qızıl, 2 gümüş və 1 bürünc medal, Olimpiadaya 1 lisenziya / FOTO-VİDEO

  • Print
  • Email
Rate this item
(3 votes)
Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. 

İkinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb.  Bu çəkilərdə qızıl medal qazanacaq idmançılar Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin edib.

Güləşçilərimiz günü 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.  Qızıl medal qazanan Turan Bayramov həm də Olimpiadaya vəsiqə qazanıb.

Güləşçilərimizdən dördü yarımfinalda mübarizə aparacaq. Əlihəsən Əmirli (48 kq) qarşılaşdığı Moldova və Ermənistan, Turan Bayramov (65 kq) Ukrayna və Ermənistan, Fuad Mayılov (80 kq) Macarıstan və Gürcüstan, İslam Abuyev (110 kq) isə Yunanıstan və Belarus idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. 

Yarımfinal görüşlərini qələbə ilə başa vuran Turan Bayramov, Fuad Mayılov və İslam Abuyev finala yüksəlib. Hər üç güləşçimiz Rusiya idmançısı ilə qarşılaşıb. 

Turan Bayramov (65 kq) Rusiya təmsilçisinə 9:0 hesabı ilə qalib gəlib və Avropa çempionu olub. Bu nəticə ilə o, həm də Argentinanın Buenos Ayres şəhərində keçiriləcək III Yay Olimpiya Oyunlarına da lisenziya qazanıb.

Fuad Mayılov və İslam Abuyev isə final görüşündə uduzaraq gümüş medalla kifayətlənib.

Əlihəsən Əmirli isə bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Almaniya təmsilçisinə qalib gələn güləşçimiz çempionatının bürünc medalına sahib olub.

48 kq
Bürünc medal görüşü - Moritz Langer (GER) - Əlihəsən Əmirli 0:10
1/2 final - Daniel Zopunian (RUS) - Əlihəsən Əmirli 12:7
1/4 final - Knyaz İboyan (ARM) - Əlihəsən Əmirli 2:7
1/8 final - Əlihəsən Əmirli - Alin Ciorici (MDA) 10:0

55 kq
Bürünc medal görüşü - Əbülfəz Nəsirov - Ruhan Rasim (BUL) 3:6
Təsəlliverici görüş - Əbülfəz Nəsirov - Anatoli Kramyka (BLR) 10:0
Təsəlliverici görüş - Ferhat Kılıç (TUR) - Əbülfəz Nəsirov 2:6
1/8 final - Daviti Abdaladze (GEO) - Əbülfəz Nəsirov 4:2
1/16 final - Əbülfəz Nəsirov - Natan Serebrinsky (İSR) 13:0

65 kq
FİNAL - Turan Bayramov - Maqomed Abdulkadirov (RUS) 9:0
1/2 final - Luka Mariamidze (GEO) - Turan Bayramov 0:3
1/4 final - Turan Bayramov - Narek Harutyunyan (ARM) 3:1 
1/8 final - Turan Bayramov - Serhii Hordiienko (UKR) 8:0

80 kq
FİNAL - Axmedxan Tembotov (RUS) - Fuad Mayılov 6:0
1/2 final - Fuad Mayılov - Süleyman Dur (TUR) 4:0 (tuşe)
1/4 final - Giorgi Nebunişvili (GEO) - Fuad Mayılov 5:6
1/8 final - Fuad Mayılov - Milan Korcsog (HUN)  8:0

110 kq
FİNAL - İslam Abuyev - Sergey Kozirev (RUS) 0:10
1/2 final - Stoyan Yordanov (BUL) - İslam Abuyev 0:2
1/4 final - İslam Abuyev - Uladiszlau Xamitski (BLR) 11:0
1/8 final - Dimitrios Tulkeridis (GRE) - İslam Abuyev 0:10

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, , qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə 3 nəfər olmaqla finalçılar və 1 nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

Görüşləri aşağıdakı linklərdən canlı izləmək mümkündür.

https://unitedworldwrestling.org/event/european-championships-4

A xalçası
https://livestream.com/unitedworldwrestling/events/8204468

B xalçası 
https://livestream.com/unitedworldwrestling/events/8204473 

C xalçası 
https://livestream.com/unitedworldwrestling/events/8204475

Read 7004 times
Tweet

Related items

  • YAÇ-2018: son gündə 1 gümüş və 2 bürünc medal / VİDEO
  • YAÇ-2018: Nihad Quluzadə və Sərxan Məmmədov bürünc medal qazandı
  • YAÇ-2018: Ayşən Yusifova bürünc medal qazandı
  • YAÇ-2018: yeniyetmə qızlardan 1 gümüş medal və Olimpiadaya 1 lisenziya
  • YAÇ-2018: sərbəst güləşçilər 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdır / FOTO
More in this category: « Yeniyetmələrin Avropa çempionatında iştirak edəcək yunan-Roma güləşçiləri YAÇ-2018: yeniyetmə qızlardan 1 gümüş medal və Olimpiadaya 1 lisenziya »

Add comment



Refresh

back to top
Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW