AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
24.01.2014 18:41

Güləşçilərimiz Tehrandan 1 qızıl və 1 bürünc medalla qayıdır / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
İranın paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə 34-cü “Yadigar İmam Kuboku” Beynəlxalq turniri keçirilib.

Yarışda Azərbaycanla yanaşı, İran, İraq, Türkiyə, Koreya Xalq Demokratik Respublikası, Yaponiya, Gürcüstan, Macarıstan, İsveç və Ermənistandan olan pəhləvanlar mübarizə aparıb. Yığma komandamızın üzvləri turniri 1 qızıl və 1 bürünc medalla başa vurub. Komanda hesabında yığmamız turniri 3-cü sırada tamamlayıb. İran komandası birinci, Macarıstan ikinci olub.

İlk yarış günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində yarışan güləşçilər xalça üzərinə çıxıb. Yığmamızın heyətində Elman Muxtarov (59 kq), Hacımurad Bağmanov (71 kq), Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) mübarizə aparıb.  Yalnız Elman Muxtarov (59 kq) mükafatçılar sırasında yer alıb. Güləşçimiz bürünc medal üçün yerli idmançı Museyib Əkbərini üstələyib. Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) yarışı 5-ci sırada tamamlayıb.

Yarışların ikinci günündə mübarizəyə qoşulan güləşçilərimizdən yalnız Azad Əliyev (66 kq) finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Ggürcüstan, Macarıstan və İran güləşçilərini məğlub edən həmyerlimiz, finalda daha bir gürcü pəhləvanını vaxtından əvvəl üstələyərək turnirin qızıl medalına sahib olub. Niyaməddin İbrahimov isə, bürünc medal şansını dəyərləndirə bilməyib və turniri 5-ci sırada tamamlayıb.

Qeyd edək ki, bir müddət əvvəl FİLA çəki dərəcələrində dəyişikliklər edib və güləşçilərimiz ilk dəfə olaraq yeni çəki dərəcələrində qüvvələrini sınayıblar.



Oxu 4137 dəfə
Tweet

Add comment


Security code
Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW