AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.05.2017 12:42

İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək sərbəst və yunan-Roma güləşçiləri / HEYƏT

  • Çap
  • Email
Materialı qiymətləndirin
(6 səs)
Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları 17-21 may 2017-ci il tarixdə Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq. 

Yarışların ilk dörd günündə sərbəst və yunan-Roma güləşçiləri mübarizə aparacaq. 

Sərbəst güləş yarışlarında yığma komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yarışlarda ölkəmizi təmsil edəcək. 

Yunan-Roma güləşi yarışlarında yığma komandanın baş məşqçisi Şaban Donat, böyük məşqçi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaq. 


Oxu 5121 dəfə
Tweet

Comments   

 
0 #2 Coni 2017-05-16 13:41
Hari vahsilar. Bidana klassikda Dadovu da gormak istayardim! Rasul tipli gulashcidi.
Quote
 
 
0 #1 Nadir Hollenbrand 2017-05-13 23:12
Ugurlar
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW