AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Hərbçilərin Dünya çempionatından 2 qızıl, 3 gümüş və 6 bürünc medal / FOTO
YAÇ-2018: son gündə 1 gümüş və 2 bürünc medal / VİDEO
YAÇ-2018: Nihad Quluzadə və Sərxan Məmmədov bürünc medal qazandı
YAÇ-2018: yeniyetmə qızlardan 1 gümüş medal və Olimpiadaya 1 lisenziya
YAÇ-2018: sərbəst güləşçilər 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdır / FOTO
YAÇ-2018: 1 qızıl, 2 gümüş və 1 bürünc medal, Olimpiadaya 1 lisenziya / FOTO-VİDEO
YAÇ-2018: Kənan Heybətov bürünc medal qazanıb
Yeniyetmələrin Avropa çempionatında iştirak edəcək yunan-Roma güləşçiləri
Yeniyetmə qızlar Avropa çempionatına yollandı / HEYƏT
Monday, 21 May 2018 13:03

Hərbçilərin Dünya çempionatından 2 qızıl, 3 gümüş və 6 bürünc medal / FOTO

Rate this item
(1 Vote)
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatı keçirilib. Çempionatda iştirak edən yığma komandamızın üzvləri 2 qızıl, 3 gümüş, 6 bürünc medal qazanıb.

Qızıl medalları yığmamıza qadın güləşi üzrə 65 kq-da mübarizə aparan Ceyla Nağızadə və yunan-Roma güləşi üzrə 77 kq-da yarışan Həsən Əliyev qazandırıb.

Sərbəst güləş üzrə yığmamızın üzvü Kənan Əliyev, yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Ülvi Qənizadə (72 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib.

Bürünc medalları isə yığmamıza qadın güləşçilərimizdən Sona Tumarxanova (50 kq), sərbəst güləşçilərdən Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (74 kq) və Roman Bəkirov (97 kq), yunan-Romaçılardan isə Rafiq Hüseynov (82 kq) və İslam Abbasov (87 kq) qazandırıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev təmsil edib.



Read 934 times
Tweet

Related items

Add comment


Security code
Refresh

back to top
Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW