AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
"Alans" beynəlxalq turnirindən 1 gümüş və 1 bürünc medal / FOTO
Sərbəst güləşçilərimiz Vladiqafqazda beynəlxalq turnirdə iştirak edəcək
Sərbəst və qadın güləşçilərimiz Avropa Millətlər Kuboku uğrunda yarışacaq
Cəbrayıl Həsənov Olimpiya mükafatçısının şərəfinə turnirin gümüş medalını qazanıb / FOTO-VİDEO
Dövlət xadiminin şərəfinə beynəlxalq turnirdən 2 qızıl medal / FOTO-VİDEO
Sərbəst güləşçilərimiz Rusiyadan 1 qızıl və 1 bürünc medalla qayıdır
Monday, 20 November 2017 10:51

"Alans" beynəlxalq turnirindən 1 gümüş və 1 bürünc medal / FOTO

  • Print
  • Email
Rate this item
(1 Vote)
Rusiya Federasiyasının Vladiqafqaz şəhərində sərbəst güləş üzrə "Alans" beynəlxalq turniri keçirilib.

Baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub.

97 kq çəkidə yarışan Şərif Şərifov finala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib. Finalda yerli idmançı Vladislav Baytsayevlə gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Sonuncu xalı qazandığından qələbə rəqibə verilib və təmsilçimiz gümüş medalla kifayətlənib.

57 kq çəkidə yarışan Georgi Edişeraşvili isə turnirin bürünc medalına sahib olub.

Hakim kimi görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edib. I-S kateqoriyalı hakim Hicran Şərifov isə Dünya Güləş Birliyinin qərarına əsasən hakim-instruktor kimi turnirin gedişinə nəzarət edib. 


Read 342 times
Tweet

Related items

  • Sərbəst güləşçilərimiz Vladiqafqazda beynəlxalq turnirdə iştirak edəcək
More in this category: « Sərbəst güləşçilərimiz Vladiqafqazda beynəlxalq turnirdə iştirak edəcək Güləşçilərimiz "Day of Children" beynəlxalq turnirində iştirak edəcək »

Add comment



Refresh

back to top
Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW