AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Monday, 15 October 2018 12:32

Əsgərxan Novruzov: "Turanın potensialına inanırdıq" / VİDEO

  • Print
  • Email
Rate this item
(0 votes)
Yeniyetmələrdən ibarət sərbəst güləş üzrə yığmamızın böyük məşqçisi Əsgərxan Novruzov Turan Bayramovun (65 kq) Olimpiadadakı qələbəsini şərh edib.

Mütəxəssis güləşçimizin uğuruna əvvəlcədən inandıqlarını söyləyib: “İki aya yaxındır Olimpiadaya hazırlaşırdıq. Şükürlər olsun, hazırlığımız öz bəhrəsini verdi. Turanın potensialına inanırdıq. Bu il həm Avropa, həm də dünya çempionu olmuşdu. Ancaq Olimpiadanın ab-havası başqadır. Burada da sözünü dedi. Bu, bizim üçün çox sevindirici haldır. Başda prezidentimiz İlham Əliyev olmaqla, bütün xalqımızı, federasiyamızın rəhbəri Namiq Əliyevi və bütün əməkdaşlarımızı təbrik edirik. Turanın üzərində əziyyəti keçən bütün məşqçilərə minnətdarlığımı bildirirəm ki, əllərindən gələni əsirgəmədilər və biz də bu nəticəni verdik”.

Read 1147 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW