AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Tuesday, 16 October 2018 12:03

Qadınların Türkiyə toplanışı davam edir / FOTO-VİDEO

  • Print
  • Email
Rate this item
(0 votes)
Qadınlardan ibarət güləş yığmamız oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir.

Türkiyənin İstanbul şəhərində yerli komandayla birgə təlim-məşq toplanışı keçən millimiz bu həftə yüngül məşqlərə keçib. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yüklənmədən azad olma prosesinə start verilib. Yığma son taktiki-texniki çalışmaları həyata keçirir.

Xatırladaq ki, mundialda qadınların yarışı ayın 22-dən 25-dək keçiriləcək. İlin ən vacib yarışında ölkəmizi Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.

Read 351 times
Tweet

Related items

More in this category: « Yığmalarımızın açıq məşqi olacaq Sərbəst güləşçilər Budapeştdə məşqə çıxdı / FOTO »

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW